Əziz SƏYAHƏT sevərlər

Sizi Dünyanı kəşf et, özünü tanı! adlı öz şəxsi səhifəmdə salamlayıram.

Burada, ziyarət etdiyim ölkələrdən şəkillərim yerləşdirilib. Vaxt keçdikcə, səyahətlərim və  bütün bu yerlərlə bağlı düşüncələrim haqqında qısa təsvirlər verməyə çalışacağam, hal-hazırda isə öz şəxsi reytinqimi sizlərlə bölüşmək istərdim, lakin bu hər kəs üçün özünəmıxsus ola bilər.

Uzun səfərlərdə baş verən xarici və daxili dəyişikliklərdən qorxmaq insan təbiətinə xasdır. Bununla daha çox müşayiətsiz səfərlərdə qarşılaşmaq olar. Bir tərəfdən fərqli olmaq çox maraqlı, digər tərəfdən isə yeni şəraitdə özünüzü kəşf etmək və dəyişmək qorxuncdur. Əlbəttə ki, bir daha ziyarət etməyi düşündüyüm sevimli ölkələr siyahım da var, baxmayaraq ki, onlar o qədər də çox deyil.

Səyahətlərin insan zehninə faydalı şəkildə təsir etdiyini iddia edən ən məşhur yazıçılardan biri də Mark Tven idi. Müəllifin " Günahsızlar yadellərdə" ən çox satılan əsərlərdən biri oldu. Bu kitabda Tven cəsarətlə və istehzayana sadə Amerikalıya xas olan əfsanə və stereotipləri ortaya çıxarır: müqəddəs torpağa hörmətdən tutmuş, Amerikan olan hər şeyin ən yaxşı və bütün dünyada qalan hər kəsin düşmən və axmaq olduğu düşüncəsinədək. Anladığınız kimi, "Amerika" və "Amerikalılar" sözləri başqa hər hansı bir yerə əvəz edilə bilər.

Mən öz növbəmdə qeyd edəcəm ki, biz, Azərbaycan vətəndaşları, xaricə səyahət etməli, başqa bir din, irq və dünyagörüşünə sahib insanların fərqli, tamamilə fərqli mədəniyyəti və həyat tərzini görməliyik. Bir-biriləri ilə davranış mədəniyyətini görməliyik. Bu əlbəttə ki, həmişə çox qiymətli bir həyat təcrübəsi deeməkdir!

Səyahətlərdə şəkillər xüsusi yer tutur. Sosial şəbəkələrdə və instagramda hər gün rastlaşdığımız on minlərlə fotoşəkildən nə üçün sadəcə bir neçəsini xatırlayırıq? Nəyə görə əksəriyyətini duyğu olmadan gözdən keçiririk? Şəxsən mən özümü nəyinsə şəklini çəkməyə məcbur edə bilmərəm; bu istək daxildən gəlməlidir. Duyğular bir vaxtar çəkilmiş bir şəkilə baxaraq yenidən ortaya çıxa bilər. Və şəxsən mənim üçün səyahət emosiyaları çox vacib rol oynayır. Harada olursam olum, daima pozitivlik axtarışındayam, onlardan enerji alıram və başqalarına bu enerjini ötürməyə çalışıram. Və bu adətən mənim şəkillərimə təsir edir.

Gözlənilməz anları yaşamağı bacarsanız, səyahət və həyat daha maraqlı olar!

YUXARI ÇƏKMƏK