AZƏRBAYCAN
Azərbaycan Qafqaz incisi, şərq ləzzətinin qərb tərəqqisi ilə mükəmməl şəkildə inkişaf etdiyi bir ölkədir. Azərbaycan unikal təbiət, əvəzolunmaz mədəniyyət, öz adət-ənənələri ilə bir əsrlik tarix, ən tələbkar qurmanın belə gözləntilərini təmin edəcək incə mətbəx və nəhayət, Qafqaz dostluğu və qonaqpərvərliyidir.
Azərbaycan Cənubi Qafqazın şərq hissəsində Xəzər dənizinin sahilində yerləşir. Ölkənin əhalisi 9,8 milyon nəfərdən çoxdur, ərazisi 86,600 km2 təşkil edir, bu göstəricilərin hər ikisinə əsasən də Azərbaycan Cənubi Qafqazda ən böyük ölkə hesab edilir. Bakı paytaxt və ölkənin ən böyük şəhəridir. Milli dil Azərbaycan dilidir. Gündəlik həyatda rus dili də tez-tez istifadə edilir, gənc nəsil ingilis dilini də bilir. Azərbaycan İran (765 km), Türkiyə (15 km), Rusiya (390 km), Gürcüstan (480 km) və Ermənistan (1007 km) ilə sərhəddədir. Azərbaycanın şərq sərhədlərini Xəzər dənizi yuyur.
Böyük İpək yolunun bir hissəsi olan və bir çox ölkələrin və sivilizasiyaların geosiyasi, iqtisadi və mədəni maraqlarının kəsişməsində yerləşən Azərbaycan uzun illərdir böyük şəxsiyyətlər, alimlər, səyahətçilər və tarixçilər arasında maraq doğurmuşdur. Bu inanılmaz ölkəyə dair istinadlara, Herodot, Strabon və Klavdiy Ptolemeyin qədim əsərlərində rast gəlmək olar. Azərbaycan 7,500-dən çox təbii, arxeoloji, memarlıq və tarixi abidələrə malik gözəl tarixi və mədəni irsdir. Qobustan qayaüstü rəsmləri, Möminə-Xatun və Qarabağlar türbəsi, Şəki Xan sarayı, Qız qalası, parlaq miniatürlərlə bəzədilmiş Abşeron qəsrləri, orta əsr əlyazmaları, qədim xalçalar, ədəbiyyat, rəsm və heykəltəraşlıq əsərləri bu qiymətsiz mirasın yalnız bir hissəsidir.